NAXÇIVAN :

07 Oktyabr 2026, Çərşənbə

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

...

Oktyabrın 6-da ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 8 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən olunub.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər də saxlanılıb.

Nəşr edilib : 07.10.2026 11:04