NAXÇIVAN :

06 Iyun 2025, Cümə

DİM-in may ayında keçirdiyi imtahanlarda 160 mindən çox şəxs iştirak edib

...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən may ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.

"Şərq qapısı" xəbər verir ki, DİM-dən bildirilib ki, may ayında keçirilmiş imtahanlarda 160 min 22 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 1 milyon 746 min 966 olub. May ayı ərzində 5764 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 346 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 19 min 662, elektron poçt vasitəsilə 2600-dən artıq, sosial şəbəkələr vasitəsilə 3000-dən artıq müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 9309 olub. Abituriyent məsləhət mərkəzlərinə 2150 müraciət daxil olub.

Nəşr edilib : 04.06.2025 14:24