Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün ...
12:07 08.06.2026
0
0
0
Dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB qrupuna uyğun vəzifələr üzrə iyunun 7-də keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün iyunun 8-i saat 10:00-dan iyunun 22-si saat 18:00-dək müraciət formasını doldurmalıdırlar.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə olunur:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda);
Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Akademik H.Əliyev küçəsi, 299) təqdim etməlidir.
Digər xəbərlər