Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs ...
09:29 20.04.2025
0
0
0
NAXÇIVAN :
20 Aprel 2025, Bazar
Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən diaqnostik qiymətləndirilmə prosesində Naxçıvan şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimi Leyla Məmmədhəsənli və Naxçıvan şəhər 7 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimi Sürayyə Qasımova maksimum 60 baldan 57-i bal toplayıb.
Söhbətimiz zamanı Naxçıvan şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimi Leyla Məmmədhəsənli bildirdi: "2021-ci ildən həmin bağçada çalışıram. Diaqnostik qiymətləndirmə imtahanına 2 ay müddətinə hazırlaşmışam. Bundan əvvəl Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi iki sınaqda iştirak etmişəm. Və hər ikisində də yüksək nəticə (60,53) göstərmişəm. Bu yolda mənə dəstək olan həyat yoldaşıma və bağçamızın müdiri Cəmilə Hüseynovaya minnətdarlığımı bildirirəm. Qeyd edim ki, mənim üçün ikinci bir sevindirici hal budur ki, bağçamızda 5 müəllim 50 baldan yuxarı bal toplayaraq Azərbaycan Respublikası üzrə bağçalar arasında ən yüksək nəticəni göstərib".
Digər müsahibim isə 7 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimi Sürayyə Qasımovadır. O deyir: “Mən Naxçıvan Müəllimlər İnstitutunun Məktəbəqədər təhsilin pedaqogikası və meodikası ixtisasını bitirmişəm. 7 nömrəli bağçada 12 illik pedaqoji təcrübəm var. Pedaqoji fəaliyyətim illərində bütün yaş qrupları ilə işləmişəm. Diaqnostik qiymətləndirilmə imtahanında maksimum nəticə – 60 bal toplamağı hədəfləmişdim. Amma şükür ki, hədəfimdən çox da aşağı bal toplamamışam. Bu da məni çox sevindirir. Uşaqları, onlarla səmərəli vaxt keçirməyi, onları öyrətməyi çox sevirəm. İmtahana hazırlaşma ərəfəsində mənə mənəvi dəstək olan ailəmə, həyat yoldaşıma, bizə hər zaman stimul verən müdirimiz Nazilə Ləzgiyevaya fürsətdən istifadə edib minnətdarlığımı bildirirəm.
Biz də “Şərq qapısı” adından hər iki müəllimi təbrik edir, onlara pedaqoji həyatınlarında uğurlar arzulayırıq.
Aygün RÜSTƏMOVA
Digər xəbərlər