NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

"Dəstək” Fondu tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 868.072 manat vəsait xərclənib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “Dəstək” Fondu tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 868.072 manat vəsait xərclənib.
Qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub: 
Müalicə və psixoloji dəstək istiqaməti üzrə - 106 nəfərə 96 731 manat, 
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə - 230 nəfərə 559 730 manat
Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə- 21 nəfərə 165 902 manat
Təhsil haqqının ödənilməsi istiqaməti üzrə- 2 nəfərə 8 900 manat
Digər istiqamətlər üzrə -36 809 manat.

Nəşr edilib : 14.10.2024 11:13