COP29-un bağlanış plenar iclası keçirilir
20:33 23.11.2024
0
0
0
Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü hər iki ölkədə onların iş reqlamentinin ratifikasiyasından sonra keçiriləcək.
"Şərq qapısı" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Mqer Qriqoryan Ermənistan parlamentində bildirib.
"Azərbaycan tərəfi ilə razılaşmamız belədir: reqlamentin təsdiqlənməsi və bildiriş mübadiləsi üçün dövlətdaxili prosedurların başa çatdırılması. Sonra isə növbəti görüş keçirəcəyik və sərhədin digər hissələri ilə bağlı məsələni müzakirə edib qərar verəcəyik”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.
Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.
Digər xəbərlər