NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

“Daxilimdəki mən” adlı təlim olub

...

“Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canından keçən oğulların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib. Birliyin sədr müavini Əli Əlisoy çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən 2024-cü il üzrə kiçik qrant müsabiqədə Naxçıvan Dövlət Universitetinin əsas tərəfdaşı olduğu “Naxçıvan Qaziləri” İctimai Birliyinin “Naxçıvanda müharibə veteranları ilə iş” layihəsi qalib olub. Layihənin əsas məqsədlərindən biri də qazilərin müharibədə aldığı travmaların nəticəsində qarşılaşdıqları problemlərin aradan qaldırılmasıdır. Keçirilən təlimlərin əsas məqsədi müharibə ilə əlaqədar sağlamlığını itirən hərbçilərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və sosial həyatda fəal iştiraklarını təşviq etməkdir.

Birliyin sədri Cehun Bayramov bildirib ki, bu günə kimi bu istiqamətdə 8 təlim keçirilib. Müharibə sonrası travmaların müalicəsi, hərbçilərin psixoloji sağlamlıqlarını bərpa etmək istiqamətində görüləcək işlər layihənin əsas məqsədidir.

Sonda dosent, klinik psixoloq, doktor Ayaz Seyidli tərəfindən motivasiya xarakterli söhbət aparıldı. Təlim zamanı qarşılıqlı fikir mübadiləsi olub. Qazilərin Vətən müharibəsində yaşadığı psixoloji travmanın nəticələrinin aradan qaldırılması istiqamətində gələcəkdə də görüləcək işlər barədə fikir mübadiləsi olub.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 25.11.2024 11:55