NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Daha bir arzu gerçək oldu

...

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın
Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə birlikdə təməlini qoyduğu İğdır-Naxçıvan qaz kəmərinin açılışını həyata keçirdik. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin İğdırdan olan deputatı Cantürk Alagöz "Şərq qapısı" qəzetinə xüsusi müsahibəsində bildirib. 

Deputat bildirib ki, enerji və təbii sərvətlər naziri cənab Alparslan Bayraktar və Azərbaycan Respublikasının energetika naziri cənab Pərviz Şahbazovun iştirakı ilə keçirilən mərasimdə illik 730 milyon kubmetr qaz ötürmə gücünə malik boru kəmərini istismara verildi. 

Bu kəmər Türkiyənin Türk dünyasına açılan qapısı olan Naxçıvanın qaz ehtiyacını tam şəkildə qarşılayacaq. “Türk qapısı” adlandırılan Naxçıvanın enerji təhlükəsizliyi Türkiyə ilə təmin olunacaq. Bu layihə strateji baxımdan mühüm əhəmiyyətə malikdir.

Deputat əlavə edib ki, liderlərimizin təşəbbüsü, səyi və dəstəyi sayəsində bu layihə xəyal olmaqdan çıxıb gerçəyə çevrildi. 
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana 
Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. 
Türk dünyasına xeyirli olsun!

Nəşr edilib : 05.03.2025 21:04