BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin...
11:34 23.09.2026
0
0
0
Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin tələbatına uyğun ixtisaslı kadr hazırlığının və peşə bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.
"Şərq qapısı" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planında qeyd olunub.
Tədbirlər Planına əsasən, müvafiq qurumların sifarişi əsasında ixtisasartırma və təlim proqramlarının hazırlanması, eləcə də həmin proqramların tətbiqi nəzərdə tutulur.
Nəticədə dağ-mədən və metallurgiya sənayesinin tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanması və müəssisələrin ixtisaslı işçi qüvvəsi ilə təminatının gücləndirilməsi gözlənilir.
Tədbirin əsas icraçısı Elm və Təhsil Nazirliyidir. Tədbirlərin 2027–2030-cu illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2026-cı il 23 sentyabr tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Digər xəbərlər