NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Culfada şəhərdaxili yollar təmir olunur, asfalt örtüyü salınır

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramına əsasən aparılan quruculuq işlərin davamı olaraq Culfa şəhər daxili yolları Culfa Rayon Yol Təmir Tikinti İstismar MMC tərəfindən əsaslı şəkildə təmir olunur və asfalt örtüyü salınır. Hazırda şəhərin 2-ci məhəllə və M.S. Ordubadi küçələrində asfaltlama işləri aparılır. Adları çəkilən küçələrdə işlər yekunlaşdıqdan sonra M.Əsgəroğlu, C.M.Quluzadə, Hüseyn Cavid küçələrinə də asfalt örtüyü veriləcək. Ümumilikdə, 6.5 km şəhər daxili yollara asfalt örtüyü salınacaq.

Nəşr edilib : 25.09.2024 16:24