Maliyyə naziri AİB-in Səmərqənd toplantısında Azər...
18:00 03.05.2026
0
0
0
Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 nömrəli (Neftibaza-FHN) və 7 nömrəli (şəhər) hava xətlərində təmir işlərinin aparılması və yeni yarımstansiyaya qoşulması ilə əlaqədar dekabrın 18-də Culfa şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
"Azərişıq" ASC-nin Naxçıvan Regional Elektrik Təchizatı Satış İdarəsindən "Şərq qapısı"na bildirilib ki, təmir işləri saat 10:00-dan 13:00-dək davam edəcək. Bu müddət ərzində Culfa şəhəri ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik təchizatı bərpa ediləcək.
Digər xəbərlər