Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən Culfa rayonunun Əbrəqunus kəndində səyyar tibbi müayinə aksiyası təşkil olunub. Aksiya zamanı kənd sakinlərinə müxtəlif ixtisaslar üzrə tibbi baxışlar keçirilib, vətəndaşların sağlamlıq vəziyyəti yerində qiymətləndirilib və zəruri tibbi tövsiyələr verilib. Müayinələr endokrinologiya, nevrologiya, daxili xəstəliklər, cərrahiyyə, otorinolarinqologiya (LOR), ginekologiya, uroloji-nefroloji və digər sahələri əhatə edib.
Keçirilən aksiya çərçivəsində, ümumilikdə, 50 nəfər laborator müayinəyə cəlb olunub. Eyni zamanda ultrasəs müayinəsi (USM) üzrə 56 nəfər müayinə olunub.
Həkim müayinələrinin nəticələrinə əsasən oftalmoloq tərəfindən 36, daxili xəstəliklər üzrə 41, endokrinoloq tərəfindən 17, nevropatoloq tərəfindən 35, cərrah tərəfindən 12, LOR həkimi tərəfindən 24, ginekoloq tərəfindən 19, uroloq-nefroloq tərəfindən isə 20 nəfər müayinədən keçirilib.
Aksiya çərçivəsində aşkarlanan xəstəliklər üzrə vətəndaşlara müvafiq müalicə və əlavə müayinələr üçün istiqamətlər verilib, profilaktik maarifləndirmə işləri aparılıb.
Bu aksiyalar vasitəsilə əhali arasında tibbi maarifləndirmə işləri genişləndirilir, risk qruplarına daxil olan şəxslər müəyyən edilərək nəzarətə götürülür və onların sağlamlıq vəziyyətinin davamlı izlənməsi təmin edilir. Bu yanaşma səhiyyə xidmətlərinin əlçatanlığını artırmaqla yanaşı, cəmiyyətin ümumi rifahının yüksəldilməsinə və sağlam həyat tərzinin təşviqinə də mühüm töhfə verir.
Digər xəbərlər