Naxçıvanda tam (11 illik) orta təhsil səviyyəsi üz...
14:00 19.04.2026
0
0
0
“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yer təkinin istifadəyə verilməsi üzrə hərrac təşkil edilib.
Bu dəfə hərraca qum-çınqıl xammalı yatağı çıxarılıb. Başlanğıc qiyməti 34 000 (otuz dörd min) manat müəyyən edilən hərrac, 100 500 (yüz min beş yüz) manatla yekunlaşıb.
Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi” qaydalarına uyğun olaraq həyata keçirilib.
Digər xəbərlər