NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Culfa rayonunda Aqrar Subsidiya Şurasının qərarı ilə bağlı tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Bənəniyar kəndində Azərbaycan Respublikasının Aqrar Subsidiya Şurası tərəfindən Naxçıvan Muxtar Respublikasında meyvə bağlarına görə  veriləcək əkin əmsalları və əkin subsidiyasının məbləğləri barədə qəbul edilmiş yeni qərarla bağlı istehsalçılarla maarifləndirici tədbir keçirilib.

Çıxış zamanı bildirilib ki, Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na  müvafiq olaraq Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən əmsallara uyğun ödəniləcəkdir.

Tədbirin sonunda istehsalçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 21.02.2025 15:19