NAXÇIVAN :

12 Mart 2025, Çərşənbə

Culfa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib

...

"Şərq qapısı" xəbər verir ki, hadisə rayonun Ərəzin - Əbrəqunus kəndlərini birləşdirən yolda qeydə alınıb. Belə ki, 72-BF-177 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü Mərhəmət Nəsirli xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 03.11.2024 17:35