NAXÇIVAN :

14 Dekabr 2025, Bazar

Culfa rayonu ərazisində fauna növləri təbiətə buraxılıb

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan-Culfa avtomobil yolunun 20-ci kilometrliyində, Culfa rayon ərazisində fauna növlərinin reintroduksiyası həyata keçirilib.
Tədbir çərçivəsində təbiətə 9 ceyran, 10 kəklik, 10 bildirçin və 1 ağbaş kərkəs buraxılıb. Bu təşəbbüs nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin təbii areallarına qaytarılması, biomüxtəlifliyin qorunması və ekosistemin tarazlığının bərpası məqsədi daşıyır.

Nəşr edilib : 07.11.2025 10:34