NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

COP29 miqyasına görə dünyanın ən böyük tədbiridir

...

Bu konfransda  müzakirə edilən məsələlər qlobal xarakter daşıyır. Ölkəmizdə qlobal məsələlərin müzakirə olunması, bu istiqamətdə qərarların qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin iqtisadi və sosial cəhətdən inkişafını da  gücləndirəcək. Azərbaycanın nüfuzunu daha da artıracaq.  Ətraf mühitin qorunması, iqlim dəyişikliyi  ilə bağlı fərqli sahələrdə qəbul edilən qərarlar, aparılan müzakirələr  həm də COP29-dan faydalanmaq imkanı yaradacaq. Paytaxtımızda keçirilən mötəbər tədbirdə dünyanın aparıcı ölkələrinin nümayəndələri, o cümlədən onların liderləri iştirak edirlər. Bu da  fərqli ölkələrin bir araya gəlməsi, fikir mübadiləsi aparılmasına imkan yaradır.   
Bu tədbir qlobal məsələlərlə bağlı qərarların qəbul olunması baxımından da çox əhəmiyyətlidir. Konfransda müzakirə olunacaq məsələlər bir ölkənin deyil, bütün dünyanın problemidir.  Əldə olunan  nəticələrdən  bütün dünya  ölkələri  faydalanacaq.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 12.11.2024 17:42