NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

COP29-la bağlı Azərbaycana gətirilən mallar idxal gömrük rüsumundan azad edilib

...

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təsdiqedici sənədinə əsasən COP29 beynəlxalq tədbiri çərçivəsində ölkəyə gətirilən mallar idxal gömrük rüsumundan azad edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına dəyişiklik edib.
Bu Qərar bu il martın 1-dən tətbiq olunur və 2024-cü il dekabrın 1-dək qüvvədədir.

Nəşr edilib : 06.06.2024 19:45