NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

COP29-da neft hasilatının ətraf mühitə təsiri tendensiyasının dəyişməsi mövzusu müzakirə olunub

...

Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində “Neft və dünyada baş verən son dəyişikliklər” mövzusunda mətbuat konfransı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, mətbuat konfransında beynəlxalq ekoloji təşkilatların nümayəndələri - Sindra Şarma (PICAN), Bronven Taker (Oil Change International) və Diin Bebhe (Power Shift Africa) qısa açılış nitqləri ilə çıxış ediblər. Sonra jurnalistlərin sualları cavablandırılıb.
Mətbuat konfransı zamanı XXI əsrin üçüncü onilliyində neft hasilatı və neft məhsullarının gələcək istehsalının ətraf mühitə təsiri, neft korporasiyalarının iqlimin qorunmasına töhfəsi, qeyri-hökumət təşkilatlarının bu sahəyə həsr olunmuş proqramlarının maliyyələşdirilməsi məsələlərinə toxunulub.
Natiqlər müəyyən edilmiş problemlərin həlli yollarının tapılmasında hazırkı COP-un mühüm rolunu qeyd ediblər.

Nəşr edilib : 12.11.2024 10:57