Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılan şəxs...
13:00 02.12.2024
0
0
0
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Bunu “Şərq qapısı”na açıqlamasında Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımov bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikası müasir müstəqillik tarixinin olduqca mühüm mərhələlərini yaşamaqdadır. Təbii olaraq, istər neft, istərsə də qeyri-neft sektorlarının davamlı və əlaqəli inkişafı ilə dünya enerji xəritəsinə yeni yön vermişdir. COP29 isə ölkəmizin yeni bir keyfiyyət mərhələsi üzrə dünya miqyaslı möhtəşəm bir tədbirə ev sahibliyi etməsinin gerçək ifadəsi olmaqdadır. 198 ölkənin təmsil olunduğu bu tədbir Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) olaraq hər il keçirilməkdədir. 2024-cü ilin 11-22 noyabr tarixlərində onun Azərbaycanın Paytaxtı Bakı şəhərində keçirilməsi ölkəmizin müvafiq istiqamət üzrə beynəlxalq münasibətlər sistemindəki yerinin, nüfuzunun və mövqeyinin olduqca yüksək göstəricisi olmaqdadır.
COP29 çoxistiqamətli iqtisadi üstünlüklərinə görə xarakterizə oluna bilər:
- Hər şeydən əvvəl, ölkəmizin etibarlı dostluq və tərəfdaşlıq sahəsindəki keyfiyyətlərini ifadə etməklə, bundan həm də humanizm dəyərləri çərçivəsində istifadə etdiyini göstərməkdədir;
- Eyni zamanda müəllifi olduğu layihələrin tərəfdaş ölkələrin milli iqtisadiyyatları üçün səmərəli olacağını bir daha ortaya qoymaqdadır;
- Digər tərəfdən, COP29-un keçirilməsi zamanı ölkəmizə gələn 80 min civarındakı qonağın turizm sektorunun inkişafı üçün yaradacağı perspektivlər olduqca əhəmiyyətlidir. Məhz bu tədbir makroiqtisadi zəmində istehsal və xidmət sektorlarının dayanıqlığını göstərmiş olacaq;
- Bununla yanaşı, ölkənin infrastruktur təsisatlarının etibarlılığını göstərəcək ki, burada danəqliyyat, ticarət, kommunikasiya, rabitə, tikinti və digər sahələrin təkmil potensiala malik olduğu özünü göstərmiş olacaq;
- Qarşıdakı mərhələlər üzrə iqtisadi sahədə daha perspektivli sahələr üzrə əməkdaşlıqların yaradılması üçün zəmin yaranmış olacaq və sair
Müsahibimiz onu da qeyd etdi ki, Azərbaycan Respublikası uzun illərə dayanan təcrübəsi ilə iqlim müzakirələrinə başçılıq edəcəkdir.Bu tədbir ölkəmizin qonaqpərvərliyini ortaya qoyacaq.COP29-un başlanmasından onun bitməsinə qədər olacaq on gündən artıq bir müddət başdan başa uğurlu olacaqdır. Çünki əsasları xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən olunan çoxistiqaməli makroiqtisadi inkişaf siyasətibu gündövlət başçısı cənab İlham Əliyev tərəfindən daha da zənginləşdirilməklə davam etdirilməkdə və dünya iqtisadiyyatına bu əsasda inteqrasiya olunmaqdadır. Buna görə də COP29-un keçirilməsi zamanı ölkəmizdə olan qonaqlarməhz bu dəyərlər barəsində kifayət qədər məlumatlıdırlar. Qarşılıqlı əməkdaşlıqlar da elə məhz bu dayaqlar üzərində qurulmuşdur.
Bir sözlə, COP29ölkəmizin milli iqtisadiyyatın əsas istiqamətlərinin güclü dayaqlar üzərində təşəkkül tapdığını göstərməkdədir. İstənilən ölkə üçün bu amil yüksək rəğbətlə qarşılanacaq faktdır. COP29 məhz bu potensialın uzunmüddətli perspektivlərini təmin etmiş olacaq.
Ramiyə Əkbərova
Digər xəbərlər