NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

COP29 çərçivəsində keçirilən Enerji Günündə mətbuat konfransı təşkil olunub

...

COP29 çərçivəsində keçirilən Enerji Günündə mətbuat konfransı təşkil olunub.

"Şərq qapısı" xəbər verir ki, mətbuat konfransında çıxış edənlər COP29 Sədrliyinin təşəbbüsləri, ölkəmizin həyata keçirdiyi yaşıl enerji layihələrindən söz açıb, bu təşəbbüslərin qlobal enerji keçidindəki əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda, Azərbaycan təcrübəsinə əsaslanan və yaşıl enerji dəhlizlərinin, yaşıl enerji zonalarının yaradılmasını təşviq edən “Yaşıl enerji vədi”, “Enerji saxlama və şəbəkələr öhdəliyi”, “COP29 hidrogen bəyannaməsi” kimi 3 əsas enerji təşəbbüsü qeyd olunub.

Azərbaycanın enerji təchizatı ilə tələbat arasında tarazlığın təmin edilməsi və böyük həcmdə yaşıl enerji güclərinin şəbəkəyə inteqrasiyası imkanlarından danışılıb.

İştirakçılara, həmçinin Azərbaycan ərazilərində, xüsusilə Şərqi Zəngəzurda yaşıl enerji zonasının yaradılmasından, yaşıl enerjiyə keçid, bu istiqamətdə bir çox beynəlxalq əməkdaşlıq imkanları haqqında məlumat verilib.

Azərbaycanın bir çox ölkələrlə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji sazişlər imzaladığı diqqətə çatdırılıb. Bundan əlavə, Təmiz Enerji Mərkəzinin açılacağı bildirilib.

Mətbuat konfransında Azərbaycanın yaşıl enerjiyə keçid sahəsindəki əzmkarlığı və yaşıl gələcək naminə qlobal həmrəyliyə sadiq olduğu bir daha diqqətə çatdırılıb.

Nəşr edilib : 15.11.2024 14:32