NAXÇIVAN :

26 Noyabr 2024, Çərşənbə axşamı

COP29 beynəlxalq tədbiri Azərbaycana nələr vəd edir?

...

BMT-nin iqlim dəyişikliyi proqramı çərçivəsində Azərbaycanda COP29 konfransının keçirilməsi təkcə ölkəmizi dünyada coğrafi, ekoloji cəhətdən tanıtmır. Eyni zamanda Azərbaycanın dövlət kimi gücünü, qüdrətini ortaya qoyur. Bu konfransın yüksək səviyyədə təşkili dövlətimizin real imkanlarını özündə əks etdirir.

Bu böyük beynəlxalq tədbir həm də ölkəmizin siyasi imicini bir az da yüksəldəcək.

Mənfur qonşumuz Ermənistanın on illər boyu Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatçı əməllər törətməsi, təşrif buyuran qonaqlar vasitəsilə dünyaya çatdırılacaq.

Bu arada ağıllı olsalar, ermənilər eyforiyadan, yarım qalmış şirin yuxudan ayılmalı, daha real və gerçək həyatla barışmalıdır ki, bundan sonra onlara bağışlanmış özgə torpaqlarında yas çadırları qurulmasın.

BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etməsi, Azərbaycanın necə dəqiq, səlist siyasət yürütməsinin bariz göstəricisidir.

Artıq dünya görür ki, kim haqlı, kim güclüdür.

Tarixin yaşıdı olan Azərbaycana qarşı hələ Ermənistan mövcud olmadığı zamanlarda da müxtəlif xalqlar əsassız torpaq iddiası irəli sürmüşlər. Lakin vətənimizin qeyrətli övladlarının şücaəti qarşısında məğlub olaraq geri çəkilmiş və zaman-zaman tarixin arxivinə qovuşmuşlar.

Paradoks odur ki, Azərbaycanın  nələrə qadir olduğunu bilsələr də nə Qərb, nə də ki onun kölgəsində olanlar Ermənistanı yerində oturmağa məcbur etmirlər.

Bunu isə çox böyük inamla deyirik.

Şanlı üçrəngli Zəfər bayrağımız dalğalandıqca Azərbaycanımız daha da güclənəcək. Çünki Azərbaycan bir çox dövlətlər kimi yiyəsiz deyil. Onun qalib ordusu və Müzəffər Ali Baş Komandanı var!

Fariz QULİYEV

Nəşr edilib : 20.11.2024 10:09