Qaradağ rayonunda palçıq vulkanı püskürüb
23:57 25.11.2026
0
0
0
Naxçıvan Dövlət Universitetində memar Əcəmi Naxçıvaninin 900 illiyinə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Konfrans çərçivəsində müxtəlif ölkələrdən gələn mütəxəssislər Naxçıvanın zəngin memarlıq irsi, tarixi abidələri və onların qorunması ilə bağlı fikirlərini bölüşürlər.
“Şərq qapısı” xəbər verir ki, Çindən gələn memar, Anhui Memarlıq Universitetinin professoru Lei Zhang jurnalistlərə müsahibəsində Naxçıvana ilk dəfə səfər etdiyini və qədim diyarın onda xoş təəssürat yaratdığını bildirib. O, səfər zamanı çoxsaylı tarixi-memarlıq abidələri ilə tanış olmaq imkanı qazandığını, Naxçıvanın gözəlliyinin onu heyran etdiyini vurğulayıb. Professor gələcəkdə yenidən bu diyara səfər etmək arzusunda olduğunu da ifadə edib.
Tarixi-memarlıq abidələrinin qorunması məsələsinə toxunan qonaq memar Əcəmi Naxçıvaninin yaratdığı memarlıq nümunələrinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, bu abidələrin daha dərindən öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün müasir texnologiyaların imkanlarından geniş istifadə olunmalıdır. Professor xüsusilə rəqəmsal texnologiyaların tarixi tikililərin sənədləşdirilməsi və memarlıq irsinin mühafizəsində mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb.
Zəhra VƏLİYEVA
Digər xəbərlər