Paşinyan: Ermənistan və Azərbaycan sülh sazişini i...
12:50 16.07.2025
0
0
0
Ötən gün ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Digər xəbərlər