NAXÇIVAN :

16 Yanvar 2025, Cümə axşamı

Ceyhun Bayramov: "Yaşıl enerji" dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var

...

Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniyanın birgə həyata keçirdiyi "yaşıl enerji" dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var.

"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

XİN başçısı vurğulayıb ki, daha geniş coğrafiyanın geoiqtisadi və enerji coğrafiyasının dəyişməsində Azərbaycan və Gürcüstan böyük rol oynayıb:

“Bakı-Tbilisi-Qarsın yükdaşıma qabiliyyətinin 1 milyondan 5 milyon tona artırılması onun rəqabət qabiliyyətinin artırılmasında böyük əhəmiyyət daşıyır. Həmçinin hazırda icra səviyyəsində olan bir sıra layihələr də var. Onlar sırasında 2022-ci ildə icrasına başlanan və potensial qlobal layihə olan yeni yaşıl enerji dəhlizinin formalaşması böyük rol oynayır. Onun ilkin icraçıları sırasında Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya yer alır. Ancaq qoşulmaq istəyən başqa ölkələr də var”.

Nəşr edilib : 16.01.2025 17:18