NAXÇIVAN :

07 Avqust 2026, Cümə

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmaqla münaqişənin diplomatik yollarla həllinin vacibliyini bildirib.

"Şərq qapısı" xəbər verir ki, nazir bu barədə Ukrayanaya rəsmi səfəri çərçivəsində ölkənin xarici işlər naziri Andrey Sibiqa ilə geniştərkibli görüşündə bəhs edib.

Görüş zamanı Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi bir daha vurğulanıb.

Nəşr edilib : 06.08.2026 17:55