NAXÇIVAN :

05 Iyun 2025, Cümə axşamı

Ceyhun Bayramov Nayrobidə BMT rəsmisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nayrobidəki ofisinin Baş direktoru Zeynəb Hava Banqura (Zainab Hava Bangura) ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın xarici siyasətində Afrika qitəsinin əhəmiyyəti və bu kontekstdə BMT, xüsusilə onun Nayrobi ofisi vasitəsi ilə əməkdaşlığın mühüm rolu qeyd edilib.

Azərbaycan XİN başçısı həmçinin münaqişədən sonrakı regional vəziyyət, eləcə də Azərbaycanın regionda yenidənqurma, minatəmizləmə və sülh təşəbbüsləri barədə məlumat verib.

Nəşr edilib : 03.06.2025 16:33