NAXÇIVAN :

18 Iyul 2026, Şənbə

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət edib

...

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfər çərçivəsində Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

Nümayəndə heyəti “Naməlum əsgər” məzarının önünə əklil qoyub.

Nəşr edilib : 17.07.2026 14:08