Naxçıvanda Su təsərrüfatı və meliorasiya işçiləri ...
16:31 05.06.2025
0
0
0
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfər çərçivəsində Nayrobidə Senatın Sədri Amason Kingi ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, C.Bayramov görüş çərçivəsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb, qarşılıqlı anlaşma və etimadı gücləndirmək üçün parlament dostluq qrupları və müvafiq komitələr arasında birbaşa əlaqələrin qurulmasının vacibliyini qeyd edib.
Həmçinin hər iki tərəf parlamentlərarası dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı səfərlərin təşviq edilməsinin vacibliyinə diqqət çəkib.
Digər xəbərlər