NAXÇIVAN :

05 Avqust 2026, Çərşənbə

Ceyhun Bayramov: Keçirilən görüşlərin regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inanırıq

...

İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə görüşdə iki tərəfli münasibətləri, İsveçrənin sədri olduğu təşkilatlar çərçivəsindəki fəaliyyətini, mövcud vəziyyəti və perspektivləri, eyni zamanda, Azərbaycan-İsveçrə iki tərəfli gündəliyini, regionumuzdakı postmünaqişə vəziyyətini, Azərbaycan-Ermənistan normallaşma prosesini və bir sıra digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, aparılan faydalı fikir mübadiləsinin və keçirilən görüşlərin ikitərəfli əlaqələrimizin gələcək inkişaf dinamikasına, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inanırıq.

Nəşr edilib : 04.08.2026 13:37