NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə gedib

...

Noyabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.

"Şərq qapısı" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun noyabrın 4-də Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksəksəviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 03.11.2025 17:03