NAXÇIVAN :

22 Iyun 2025, Bazar

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Banqladeşin Xarici Əlaqələr üzrə müşaviri Md Touhid Hossain ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə “X”dəki hesabında yazıb.

“Biz ticarət, humanitar təşəbbüslər sahəsində Azərbaycan-Banqladeş əməkdaşlığının gücləndirilməsini müzakirə etdik və regional təhlükəsizlik çağırışları barədə fikir mübadiləsi apardıq”, - nazir vurğulayıb.

Nəşr edilib : 22.06.2025 15:57