Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki n...
18:45 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyində “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin nümayəndələri ilə görüş olub.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş dəhşətli qəzanın 40-cı ildönümü ilə əlaqədar keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan vətəndaşların sosial müdafiəsi sahəsində mühüm addımların atılmasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə başlandığını, bu sahədə işlərin davam etdirildiyini vurğulayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının da ildən-ilə güclənməsinə imkan verib. Ölkəmizdə 2018-ci ildən icra olunan 5 sosial islahat paketi çərçivəsində bu kateqoroyaya aid şəxslərin sosial ödənişləri də dəfələrlə artırılıb.
Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə, reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və digər istiqamətlərdə aparılan işlərdən bəhs olunub.
İctimai Birliyin sədri Mirhəsən Həsənov və üzvləri Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərindən razılıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Digər xəbərlər