Yeni Roma Papası seçilib
20:58 08.05.2025
0
0
0
NAXÇIVAN :
08 May 2025, Cümə axşamı
Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla bir sıra incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatı verilib. Bu yüksək mükafata layiq görülənlər sırasında Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru, rejissor Mir Qabil Əkbərovun da adı yer alıb.
Bu əlamətdar hadisə incəsənət xadimləri tərəfindən böyük sevinc və fəxarət hissi ilə qarşılanıb. Sevincini “Şərq qapısı” qəzeti ilə bölüşən gənc rejissor bildirib: “Aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təqdim edilməsi haqqında imzalanan Sərəncam biz – sənət yolunu sevgi ilə seçmiş gəncləri dərin sevinc və qürur hissi ilə sevindirdi. Ən böyük sevincimiz isə odur ki, mükafata layiq görülənlər sırasında doğma diyarımız Naxçıvandan olan incəsənət nümayəndələri də yer alıb. Gənc bir səhnə adamı kimi bu diqqət və qayğını, milli-mədəni kimliyimizə və bölgələrimizə verilən yüksək dəyər kimi qiymətləndirir, cənab Prezidentə öz minnətdarlığımı bildirirəm. Bu təltif bir sənətkarın əməyinə verilən qiymətlə yanaşı, dövlətimizin incəsənətə olan münasibətinin parlaq təzahürüdür. Bu cür mükafatlar biz gənclər üçün motivasiya, səhnəyə və sənətə olan bağlılığımızın daha da dərinləşməsinə səbəbdir.
Naxçıvan teatrı qədim irsin, milli dəyərlərin və peşəkar sənətin daşıyıcısıdır. Biz bu mirası gələcək nəsillərə ötürmək və daim inkişaf etdirmək üçün əlimizdən gələni etməyə hazırıq. Mükafata layiq görülən ustadlarımız bizim yolumuzda örnəkdir, onların uğuru bizi daha çox çalışmağa sövq edir.”
Sonda gənc rejissor vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti, yaradıcı insanlara və bölgə teatrlarına göstərilən diqqət və qayğı gənc nəslin sənətə olan inamını daha da möhkəmləndirir.
Əhməd Əhmədov
Digər xəbərlər