Qalib xalq, qətiyyətli Sərkərdə, müzəffər Ordu...
10:24 26.06.2026
0
0
0
Festival çərçivəsində keçirilən tədbirlər, folklor nümunələri, qədim el sənətləri və iştirakçıların çıxışları Qərbi Azərbaycanın zəngin mədəni irsinin yaşadılmasına xidmət edir. Tədbirə qatılan qonaqlar arasında elm və ictimaiyyət nümayəndələri də yer alıb. Onlar belə festivalların tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması və Qərbi Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Cəbi Bəhramov da festivalın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşərək bildirdi ki, bu cür tədbirlərin keçirilməsi təsadüfi xarakter daşımır. Onun sözlərinə görə, festivallar hər bir xalqın mədəni həyatının ayrılmaz hissəsi olmaqla yanaşı, həm də milli yaddaşın yaşadılmasına xidmət edir.
Professor qeyd edib ki, Qərbi Azərbaycana həsr olunan bu konqres-festival elmi, siyasi və mənəvi-psixoloji baxımdan xüsusi əhəmiyyət kəsb edir.
“Bu gün burada gördüyümüz mənzərə göstərir ki, insanlar öz yurdlarını unutmayıblar. Onların qəlbində həmin torpaqlara sevgi və bağlılıq yaşayır. Bu bağlılıq isə gələcəyə olan inamı daha da gücləndirir. Necə ki Qarabağa Böyük Qayıdış həyata keçdi, eləcə də "Qərbi Azərbaycana qayıdış" ideyası zaman keçdikcə daha da möhkəmlənir. Biz inanırıq ki, bir gün həmin torpaqlara da qayıdacaq, ata-baba yurdlarımızı ziyarət edəcəyik”, – deyə professor qeyd edib.
Digər xəbərlər