Bura VƏTƏNDİR! Bura Nəqşicahandır!
11:56 25.08.2026
0
0
1
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 191 ölkəsindən 1342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, gələnlərin 28,3%-i Rusiya Federasiyası, 20%-i Türkiyə, 7,9%-i İran, 4,7%-i Gürcüstan, 4,6%-i Qazaxıstan, hər birindən 3,2 % olmaqla Özbəkistan və Pakistan, 3,1% İsrail, 2,6% Hindistan, 2,5% Çin, 2,3% Səudiyyə Ərəbistanı, 1,6% Ukrayna, 1,3% Türkmənistan, 1,1% Almaniya, 1% Böyük Britaniya və 12,6% digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər təşkil edib.
Gələnlərin 67,4%-ni kişilər, 32,6%-ni isə qadınlar təşkil edib.
Digər xəbərlər