Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi, əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində xroniki böyrək çatışmazlığı olan pasiyentlərə ixtisaslaşdırılmış tibbi yardımın keyfiyyətinin artırılması məqsədilə "Naxçıvan Muxtar Respublikasının Hemodializ Mərkəzi"nin fəaliyyətə başlaması istiqamətində mühüm addımlar atılır.
Dövlət Proqramına uyğun olaraq Hemodializ Mərkəzinin fəaliyyətə başlaması və pasiyentlərə rahat, keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün müasir tibbi avadanlıqların alınması istiqamətində zəruri addımlar atılıb. Bu çərçivədə hemodializ xidmətlərinin təkmilləşdirilməsi məqsədilə Wi-Fi və qulaqcıq girişli HD keyfiyyətli televizorlarla təchiz olunmuş 3 idarəetmə mühərrikli hemodializ kreslosu, eləcə də ən son texnologiyaya sahib hemodializ cihazları alınıb. Cihazların bir hissəsi artıq təhvil verilmiş, digər hissəsinin təhvil verilməsi yaxın vaxtlarda planlaşdırılır.
Qeyd edək ki, mərkəzdə aparılan təmir-bərpa işləri son mərhələdədir və 2025-ci ildə mərkəzin tam istifadəyə verilməsi nəzərdə tutulur.
Bundan əlavə, Dövlət Proqramı çərçivəsində Ailə Sağlamlıq Mərkəzləri üçün təmin edilən tibbi avadanlıqların bir hissəsi ötən ay, digər hissəsi isə bu ay təhvil verilmişdir.
Digər xəbərlər