NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Bu il Azərbaycanda 1854 əkiz, 72 üçəm doğulub

...

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 54 min 898 doğulan körpə qeydə alınıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,8-dən 9,2-yə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Doğulan körpələrdən 1854-ü əkiz, 72-si isə üçəm olub. 

Nəşr edilib : 12.09.2025 11:06