Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 i...
00:11 31.01.2025
0
0
0
Azərbaycan Respublikasının bələdiyyə seçkilərində 6 saylı Ordubad-Culfa seçki dairəsini əhatə etdiyi ərazilər üzrə 45 841 seçici, Ordubad rayonu üzrə isə 30 310 seçici qeydiyyata alınıb. Bu dairə üzrə 273, Ordubad rayonu üzrə isə 166 nəfər ilk dəfə olaraq seçkidə səs verir.
Seçicilərin səsverməsi üçün 6 saylı Ordubad-Culfa seçki dairəsində 63 seçki məntəqəsi yaradılıb ki, bunlardan da 42-si Ordubad rayonunda, 21-i isə Culfa rayonunda təşkil olunub. Həmin məntəqələrin hər biri seçicilərin rahat səsverməsi üçün bütün lazımi avadanlıqlara təchiz edilib. Bu dairə üzrə seçkiləri 678 yerli müşahidəçi izləyir.
6 saylı Ordubad-Culfa seçki dairəsinin 2 saylı seçki məntəqəsində olduq. 1474 seçicinin qeydiyyata alındığı məntəqədə fəallıq diqqətdən yayınmırdı. Bu məntəqədə 2 seçici ilk dəfə olaraq səs verib.
Ordubad şəhərindəki şahmat məktəbində yerləşən 1 saylı seçki məntəqəsində isə 1359 nəfər seçici sərbəst şəkildə səs verir. Rayon sakinləri seçkinin ilk saatlarından etibarən faəl olaraq seçkidə iştirak edir, bu məntəqədə 13 nəfər ilk dəfə olaraq səs verir.
6 saylı Ordubad-Culfa seçki dairəsində 7 veb-kamera quraşdırılıb.
Digər xəbərlər