NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Bu gün artıq deyilənlər təkcə ümid və arzu olaraq qalmır

...

Qədim Naxçıvanın zəhmətkeş, mərd insanlarına salam olsun!

Yaxın günlərdə Ordubad rayonunun Kotam kəndində dəmir yolunun yenidən qurulmasına başlanması xəbərini eşidəndə həm çox sevindim, həm də bir anlıq keçmişə qayıtdım. Həm ömrünün böyük bir qismini dəmir yollarına həsr edən biri, həm də Zəngəzurdan gələn sonuncu qatarın maşinisti kimi. Çətin günlər idi, düşmən yolu-izi kəsmişdi. Qatarların Bakıya gedib-gəlməyinin də qorxulu olduğu vaxtlardan birində yol tamam bağlandı. Elə həmin gündən sonra Salamməlik istiqamətinə qatarlar bir daha gəlmədi. Ordubadlılar fit səslərini, maşinistlərin tələsik addımlarını, relslər üzərində hərəkətin səsini, sərnişinlərin səs-küyünü bir daha eşitmədilər. Sonuncu qatar gecə saatlarında Salamməlik stansiyasında dayandı. Həmin gündən bizi 33 illik zaman ayırır. Beş il öncə igid oğullarımızın qazandığı zəfər bizə təkcə torpağımızı qaytarmadı, həm də bağlı qapıları açdı. Uzaq yolları yaxınlaşdırdı.

Artıq bir vaxtlar olduğu kimi, gediş-gəliş yenidən tez bir zamanda bərpa olunacaq, bu yollara olan həsrət sona yetəcək. Çox xoşbəxtəm ki, o yolları yenidən görəcəyəm... Bu gün artıq deyilənlər təkcə ümid və arzu olaraq qalmır. Zəngəzur istiqamətində ilkin işlərə başlanılıb, müvafiq infrastruktur layihələri mərhələli şəkildə icra olunur. Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verilməsi xəbəri hər kəs kimi məni də çox sevindirdi. Artıq bu arzumuz reallaşdı. Allah cənab Prezidentimizi qorusun!

Tahir ABUZƏROV

Culfa şəhər sakini

Nəşr edilib : 25.12.2025 12:42