Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld X sosial media şəbəkəsində COP29 ilə bağlı paylaşım edib.
"Şərq qapısı" xəbər verir ki, səfir paylaşımında sabah dünyanın ən böyük iqlim konfransı - COP29-un başlayacağını deyib:
“Dünyanın ən böyük iqlim konfransı COP29 sabah başlayır. Geri sayım sona çatdı. Hərəkətə keçməyin vaxtıdır!”,- deyə səfir paylaşımında bildirib.
Səfir deyib ki, növbəti iki həftə ərzində bütün dünyanın gözü Bakıda olacaq:
“Böyük Britaniya hökuməti istixana qazlarının azaldılmasını dəstəkləmək, iqlim maliyyəsini ən çox ehtiyacı olanlara yönəltmək, “yaşıl iş yerləri”ni və inkişafı təşviq etmək üçün buradadır. Biz həmçinin COP29-a Sədrlik edən Azərbaycanla, iqlim vədlərini iqlim tərəqqisinə çevirməyə hazır olan hər bir tərəflə və uğurun açarı olan biznes və vətəndaş cəmiyyətinin liderləri ilə tərəfdaşlıq qurmaq üçün burdayıq”,- deyə səfir qeyd edib.
Digər xəbərlər