NAXÇIVAN :

14 May 2025, Çərşənbə

“BOOKFEST Naxçıvan kitab sərgisi 2025” öz fəaliyyətini uğurla başa vurdu

...

Xəbər verdiyimiz kimi 9 May tarixdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Naxçıvan şəhərindəki "Saat Meydanı"nda keçirilən “BOOKFEST Naxçıvan kitab sərgisi 2025” bu gün  bağlanış mərasimi ilə öz fəaliyyətini uğurla başa vurdu.  30-a yaxın nəşriyyat, 30 minə yaxın nəşr, sevilən yazıçı və şairləri ilə Naxçıvan şəhərinin qonağı olan sərgi sonda festivalın görünməyən qəhrəmanları olan Naxçıvan Şəhər İcra Hakimiyyəti "BOOKFEST" könüllülərinə diplom və hədiyyə kitabların verilməsi ilə  sona çatdı.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 11.05.2025 17:20