Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danış...
09:37 24.11.2024
0
0
0
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən “XI Uluslararası Çocuk ve Genclik Edebiyatı Sempozyumu”nda (XI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu) məruzə ilə çıxış edib.
Elxan Məmmədovun təqdim etdiyi “Naxçıvan və Şərqi Anadolu folklorunda uşaqlar üçün söylənən şeirlərdə obrazlar sistemi” mövzusu konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib. Sonra tədqiqatçı mövzu ilə bağlı ona ünvanlanan sualları cavablandırıb.
Qeyd edək ki, beynəlxalq elm tədbiri TÜRKSOY, Türkiyə Uşaq və Gənclik Ədəbiyyatı Yazıçılar Birliyi və YUNESKO-nun Türkiyə Milli Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Bir qayda olaraq hər il oktyabr ayının ilk həftəsində keçirilən simpoziumun əsasında nağıl, dastan, mif, əfsanə kimi şifahi xalq ədəbiyyatı nümunələrinin və digər mənəvi dəyərlərin tədqiqi və təbliği məramı dayanır.
Digər xəbərlər