NAXÇIVAN :

15 Yanvar 2026, Cümə axşamı

Boks üzrə Naxçıvan birinciliyinə start verilib

...

Oktyabrın 27-si Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş yeniyetmələr, gənclər və böyüklər arasında boks üzrə muxtar respublika birinciliyinə start verilib. Yarışda şəhər və rayon komandalarından, ümumilikdə, 70-ə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışda qaliblər 28 oktyabrda bəlli olacaq.

Nəşr edilib : 27.10.2025 16:56