NAXÇIVAN :

23 Yanvar 2025, Cümə axşamı

BOEM və enerji keçidi Azərbaycan və Səudiyyə Ərəbistanı üçün strateji prioritetlərdir

...

Bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlıq və enerji keçidi problemlərinin həlli Azərbaycan və Səudiyyə Ərəbistanı üçün strateji prioritetlərdir.
Bu barədə Krallığın Energetika Nazirliyindən bildirilib.
"Səudiyyə Ərəbistanı Azərbaycanın “yaşıl enerji”yə keçidini dəstəkləməyə sadiqdir. BOEM sahəsində, o cümlədən günəş və külək enerjisi sahəsində irimiqyaslı layihələrin həyata keçirilməsində təcrübəmiz davamlı enerji sisteminin infrastrukturunun inkişafını sürətləndirmək üçün Azərbaycana ötürülə bilər. Əməkdaşlıq edə biləcəyimiz sahələrdən biri bərpa olunan enerjinin istehsalı və saxlanması üçün texnologiyaların ötürülməsidir", - Energetika Nazirliyindən qeyd ediblər.
Bundan əlavə, nazirlik vurğulayıb ki, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında əməkdaşlıq enerji sektorunda neft-qaz ehtiyatlarının kəşfiyyatı, xammalın emalı və qabaqcıl texnologiyaların tətbiqi daxil olmaqla bir neçə əsas istiqaməti əhatə edir.
"Biz enerji təhlükəsizliyi və dayanıqlı inkişaf sahəsində birgə səylərin genişləndirilməsinə böyük diqqət yetiririk. Hər iki ölkə, həmçinin BOEM sahəsində əməkdaşlığın inkişafına və enerji keçidi problemlərinin həllinə sadiqdir. Bu da hər iki ölkə üçün strateji prioritet olaraq qalır", - nazirlikdən bildirilib.
Bununla yanaşı, qeyd edilib ki, Azərbaycan beynəlxalq neft bazarlarının tarazlığına kömək etmək məqsədi daşıyan Əməkdaşlıq Bəyannaməsini imzalayan ölkələr qrupunun üzvü kimi “OPEC+” çərçivəsində mühüm rol oynayır. Bu da öz növbəsində qlobal enerji təhlükəsizliyinə töhfə verir.
“OPEC+” çərçivəsində dayanıqlı inkişaf və enerji təhlükəsizliyi sahəsində ümumi gündəliyimiz var. Neft-qaz sektorunda əməkdaşlığımız artıq karbon emissiyalarının idarə edilməsinin qabaqcıl metodlarının tətbiqinə gətirib çıxarıb. Bu təşəbbüslərin miqyasını genişləndirmək üçün əhəmiyyətli imkanlar var. Bu da qlobal iqlim gündəliyini dəstəkləyir və hər iki ölkənin enerji sənayesinin uzunmüddətli dayanıqlılığını artırır", - Səudiyyə Ərəbistanı Energetika Nazirliyindən vurğulayıblar.

Nəşr edilib : 23.01.2025 19:13