Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Fo...
15:09 28.10.2026
0
0
0
Dini liderlər, bütün dinlərin və inancların nümayəndələri, hamımız bir araya gəlməliyik. Mənim mandatım məhz bundan ibarətdir. Bu səbəbdən dinlərarası dialoqa, müxtəlif dinlərin nümayəndələri ilə dialoqa ehtiyacımız var.
"Şərq qapısı" xəbər verir ki, bunu BMT-nin Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.
“İnsanlar bir, iki, üç, dörd, hətta yüz dəfə görüşə bilərlər. Bir-birlərini dinləyə, bir-birlərinə dözə bilərlər, lakin yenə də irəliləyişə nail olmaya bilərlər. Buna görə də mənfi yanaşmaları aradan qaldırmalı, birgəyaşayış və qarşılıqlı hörmət mədəniyyətini formalaşdırmalıyıq. Eyni zamanda, hamımızın qəbul edə biləcəyi ümumi fəaliyyət gündəliyi yaratmaq üçün çalışmalıyıq. Başqa dinin nümayəndələrinə yalnız böhranlardan, dəhşətli hadisələrdən sonra həmrəylik nümayiş etdirməməliyik. Əvvəlcədən hərəkətə keçməli, ortaq gündəm formalaşdırmalı və ittifaq yaratmalıyıq".
Digər xəbərlər