NAXÇIVAN :

04 Dekabr 2024, Çərşənbə

BMT-nin Uşaq Fondu nümayəndələri Naxçıvanda bir sıra xəstəxanalarda yoxlamalar aparıblar

...

BMT-nin Uşaq Fondu (UNICEF) nümayəndələri Naxçıvanda immunizasiya proqramlarının icra səviyyəsini qiymətləndirmək məqsədilə yoxlamalar aparıblar. Bu proseslər  Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın iştirakı ilə həyata keçirilib.
Yoxlamalar zamanı Naxçıvanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvan şəhərində, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sədərək və Kəngərli rayonlarında immunizasiya proqramlarının icrası araşdırılıb.
Bu yoxlamaların əsas məqsədi immunizasiya tədbirlərinin düzgün və vaxtında yerinə yetirilməsini, peyvəndlə bağlı məlumatların dəqiqliyini və əhalinin bu sahədəki maarifləndirilməsi səviyyəsini qiymətləndirmək olub. UNICEF nümayəndələrinin apardığı yoxlamalar, bölgələrdə uşaq sağlamlığının qorunmasına yönəlmiş proqramların effektivliyini təmin etmək məqsədini daşıyıb.

Nəşr edilib : 03.12.2024 17:15