NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

BMT-də Azərbaycanın işğaldan azad edilən ərazilərdə gördüyü işlərdən danışılıb

...

BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası keçirilib.
“Şərq qapısı” bildirir ki, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edib.
Elnur Məmmədov Azərbaycanın müxtəlif yaradıcı və sülhyönümlü layihələrin həyata keçirilməsi yolu ilə sülh, tolerantlıq və dinc yaşama mədəniyyətinin təşviqi üzrə qlobal səylərə töhfə vermək səylərindən danışıb.
Qeyd olunub ki, Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupu ilə sıx əməkdaşlığını davam etdirməyə hər zaman hazırdır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçmiş münaqişənin dağıdıcı humanitar və mədəni nəticələrinin aradan qaldırılması ilə yanaşı Ermənistanla sülh prosesinin təşviqi istiqamətində də fəaliyyəti qeyd olunub.

Nəşr edilib : 28.09.2024 08:52