Naxçıvan Muxtar Respublikasında dekabr ayının 23-n...
23:17 22.12.2024
0
0
0
NAXÇIVAN :
23 Dekabr 2024, Bazar ertəsi
İlkin Cəfər oğlu Rzayev
(28.07.1984-02.10.2020)
İlkin haqqında günlərlə danışmaq olar. 2006-cı ildən hərbi xidmətə başlamışdı. Hərbi təhsil aldığı və xidmət etdiyi dövrlərdə çoxlu fəxri fərmanlara və mükafatlara layiq görülmüşdü.
Oğlumun 19 illik xidmətinin 16 ili ön cəbhədə keçib... İlkinə Vətən sevgisi atasından, əmisindən qalıb. Uşaqlıqdan övladımın qəlbi qisas hissi ilə döyünürdü. Düşmən vəhşilikləri onun ürəyində qisas hissini daha da gücləndirirdi.
Son xidmətini Murovdağda Kəlbəcər istiqamətində keçirib. Oktyabrın 2-də öz postundan olan döyüş yoldaşlarını mühasirədən azad edib. 40-a yaxın şəxsi heyətin oradan çıxmasında böyük rolu olub. Özü postda təkbaşına döyüşüb. Qəhrəmancasına şəhid olub.
Oğlumun etdiyi qəhrəmanlıqlarla hər zaman qürur duymuşam. Hər zaman “Vətən sağ olsun!” – demişəm. Çünki Vətən bizə ata-baba əmanətidir.
İlkin ailəcanlı idi. Uşaqlarını çox sevirdi. Amma oğlum Vətənini, bayrağını onlardan üstün tutdu. “Vətən”, – dedi. Ailəsinə bağlı olması onun içindəki qisas hissini itirə bilmədi. Qisas hissi ilə alışıb-yanan qəlbi ilə şəhid oldu.
İlkin çox həssas idi. Hər kiçik bir hadisə onun qəlbində böyük bir iz buraxırdı.
Bir onda təskinlik tapıram ki, bayrağımız ölkəmizin bütün ərazisində dalğalandıqca şəhidlərimizin də ruhu şad olacaqdır.
İlkinin iki gül balası yadigar qalıb. Allahıma dua edirəm ki, yaxşı ki, onlar var. İlkinin qoxusunu onlardan alıram. Çox ağıllı balalardır. Elə atanın belə də övladları olmalıdır.
Biz balalarımızı Vətən yolunda itirdik. Qələbə qazandıq. Elə Qələbə ki Azərbaycan tarixində ilkdir. Bu Qələbə bizə namusumuzu, qeyrətimizi qaytardı. Bu Qələbə xalqın öz Ali Baş Komandanı ilə birliyini bütün dünyaya göstərdi. Dövlət-xalq birliyinin nümayişinə çevrildi. İndi bütün dünya Azərbaycandan danışır. Şəhidlərimiz, qazilərimiz, bütün müharibə iştirakçıları 44 gün, 23 saat 43 dəqiqədə necə qələbə qazandıqlarını dünyaya göstərdilər.
Biz – bütün şəhid valideynləri övladlarımızla qürur duyuruq. Fəxrlə danışırıq. Onların qəhrəmanlıqlarından təsəlli tapırıq.
Vətən sağ olsun! Azərbaycan Bayrağı bu gün bütün ölkəmizdə dalğalanır. Bu bayraq bizim qürur yerimizdir. Allah bütün şəhidlərimizin məkanını cənnət etsin, onların ruhları şad olsun!
Digər xəbərlər