NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bir sıra ali təhsil müəssisələrində magistraturaya qəbul planı 100 faiz dolub

...

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri (əsas yerləşdirmədən sonra) təqdim edib.

"Şərq qapısı" xəbər verir ki, mərkəzdən bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universitetində plan yerləri 100 faiz dolub. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyasında plan yerlədi 90 faiz və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə (40 faiz) Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İlahiyyat İnstitutuna aiddir.

Xatırladaq ki, ixtisaslaşma seçimində iştirak etmiş 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub.

Nəşr edilib : 24.07.2025 14:46